Accessibility links

Obama administrasiyası START sazişinin təsdiqinə çağırır


Obama administrasiyası START sazişinin təsdiqinə çağırır
Obama administrasiyası START sazişinin təsdiqinə çağırır

Obama administrasiyası ABŞ Senatını Rusiya ilə yeni silahlara nəzarət sazişinin təsdiqinə çağırıb. ABŞın müdafiə naziri Robert Qeyts deyib ki, yeni START sazişinin ratifikasiyası Amerikanın milli təhlükəsliyini gücləndirəcək. Nazir sazişin strateji sabitliyə xidmət etməsi ilə yanaşı, ABŞ-ın nüvə silahlarının yayılmaması sahəsindəki liderliyini davam etdirməsinə yardım edəcəyini deyib. Respublikaçılar sazişi dəstəkləyənləri ilin sonunda tələsik təsdiq əldə edilməsi cəhdində günahlandırır. Onlar belə bir razılığın Amerikanın raketlərdən müdafiə imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirir.Sazişlə bağlı bu gün Senatda səsvermə keçirilir. Sənədin ratifikasiyası Senatın üçdə iki hissəsinin təsdiqini tələb edir.

XS
SM
MD
LG