Accessibility links

Obama administrasiyası: Transgender şagirdlərə qarşı ayrı-seçkilik yolverilməzdir


Transgender məktəb şagirdləri ayaq yolundan seçdikləri cinsə uyğun olaraq istifadə edə biləcəklər. Obama administrasiyası cümə günü ABŞ-dakı ictimai məktəblərə belə bir təlimat göndərir.

Ədliyyə və Təhsil nazirliklərinin imzaladığı məktubda heç bir şagirdin ayrı-seçkiliyə məruz qalmasına yol verilməməsi üçün məktəblərin müdiriyyətinə göstərişlər verilir.

“Bizim məktəblərdə transgender şagirdlər də daxil olmaqla cinsi zəmində heç bir diskriminasiyaya yer yoxdur”-deyə baş prokuror Loretta Linçin təlimatla bərabər göndərdiyi məktubu müşayiət edən bəyanatında deyilir.

“Bu təlimat transgender şagirdlərin başqa şagirdlər tərəfindən təhqirlərdən müdafiəsi, eləcə də ədalətsiz məktəb qanunlarının müəyyən edilməsi və ünvanlanması məqsədilə administratorlar, müəllimlər və valiydenlərə lazım olan alətlər verir”-baş prokurorun bəyanatında deyilir.

Məktubda bildirilir ki, ictimai məktəblər transgender şagirdlərlə onların təhsil və kimliyi haqda sənədlərdə fərqli cins göstərilsə də, onların seçdiyi cinsə uyğun olaraq rəftar etməlidir.

Təlimatın qanuni qüvvəsi, lakin burada məktəblər məsələyə administrasiyanın baxışından fərqli münasibət göstərdiyi halda onlara qarşı məhkəmə prosesinin başladılması, ya da federal yardımdan məhrum olunması kimi gizli hədə mövcuddur.

XS
SM
MD
LG