Accessibility links

Obama administrasiyası dərin sularda neft qazıntı işlərinə moratoriumu icra etmək istəyir


Obama administrasiyası dərin sularda neft qazıntı işlərinə moratoriumu icra etmək istəyir
Obama administrasiyası dərin sularda neft qazıntı işlərinə moratoriumu icra etmək istəyir

Prezident Obama moratoriuma sərəncamı martın 27-də qazıntılar zamanı partlayışa və 11 nəfərin ölümünə səbəb olmuş yanğına ğörə verib

Məhkəmənin qərarına baxmayaraq, Prezident Barak Obama administrasiyasının dərin sularda neft qazıntı işlərinə altı aylıq moratoriumu icra etmək üçün səylər göstərəcəyi deyilir. ABŞ federal hakimi qadağanın çox geniş olduğunu deyərək onu aradan qaldırıb. Ağ Ev qərara görə apelyasiya məhkəməsinə müraciət edəcəyini bildirir. ABŞ Daxili İşlər Naziri Ken Salazar yaxın günlərdə moratoriumu qüvvədə saxlamaq üçün yeni və daha ətraflı sərəncam verməyi planlaşdırır. Prezident Obama moratoriuma sərəncamı martın 27-də qazıntılar zamanı partlayışa və 11 nəfərin ölümünə səbəb olmuş yanğına ğörə verib. ABŞ senatının alt komitəsinin üzvləri, çərşənbə günü dənizdə neft və qaz qazıntı işlərinə baxan yeni dövlət agentliyinin rəhbərindən cavab gözləyirlər. Hazırlanmış ifadədə Maykl Bromviç məsələni araşdırmaq və potensial problemi daha cəld ünvanlamaq üçün yeni qrup yaradacağını bildirir.

XS
SM
MD
LG