Accessibility links

ABŞ prezidentinin Afrika səfəri başa çatdı [Video]


ABŞ prezidenti Barak Obama iqtisadi əlaqələrin inkişafı və Birləşmiş Ştatlarla tərəfdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş Afrika səfərini başa vurdu. Prezident Obamanın səfəri Afrikada iqtisadi inkişafın stimullaşması proqramı çərçivəsində həyata keçirildi.

ABŞ-ın Tanzaniya ilə birlikdə bərpa etdiyi elektrik stansiyanın açılışında çıxış edən cənab Obama dedi ki, düzgün yanaşma olarsa, qitədəki insanlar rifah dövrünə qədəm qoya bilər.

Cənab Obama çıxışı zamanı Birləşmiş Ştatların qitədə elekrikin inkişafı sahəsində hazırladığı yeni, “Afrikaya Elektrik” proqramı barədə danışdı.
"“Afrikaya Elektrik” yeni modeli əhatə edir. İslahatların həyata keçirilməsinin məsuliyyətini öz üzərinə götürən Afrika ölkələrinin rəhbərliyi altında hökumət və özəl idarələr bu layihədə iştirak edəcək. Birləşmiş Ştatlar bu layihəyə artıq 7 milyard ayırıb və özəl sektorlara dəstək üçün əlavə 9 milyard dollar ayıracaq.”

ABŞ-ın sabiq prezidenti Corc Buş cənab Obama ilə birlikdə 1998-ci ildə Dar-Əs-Salamda ABŞ səfriliyinə edilən bomba hücumu zamanı ölən 11 amerikalının anım mərasimində iştirak etdi.

Bu arada ABŞ-ın sabiq birinci xanımı Lora Buş birinci xanım Mişel Obama ilə birlikdə bir neçə Afrika ölkəsinin birinci xanımlarının da iştirak etdiyi “Birinci Xanımlar Forumu”na qatıldı.

Xanım Obama Afrikaya ilk səfəri zamanı təhsil sahəsinə yardım etmək qərarına gəldiyini dedi. “Prezident Mandelanın dediyi sözlərdən ən vacibi “dəyişiklik üçün ən güclü silah maariflənmədir” deməsi idi."

Cənab Obamanın qitəyə səfəri proqramına Cənubi Afrka və Seneqal da daxil idi ki, orada o, təhlükəsizlik və ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə etdi.
XS
SM
MD
LG