Accessibility links

Obama Ağ Evdə mətbuat konfransı keçirdi


ABŞ prezidenti Barak Obama deyir ki, Həmas bu gün döyüşlər zamanı girov götürülən İsrail əsgərini dərhal və qeyd-şərtsiz sərbəst buraxmalıdır.

Ağ Evdə təşkil edilən mətbuat konfransında danışan prezident deyib ki, əgər Həmas Qəzzada vəziyyətin həqiqətən da həllini istəyirsə, əsgəri azad etməlidir.

O deyib ki, İsrail və beynəlxalq ictimaiyyət Həmas verdiyi sözə əməl edəcəyinə əmin olmasa atəşkəs bərpa etmək çətin olacaq.

Cənab Obama təkrarən bildirib ki, İsrailin özünü Həmasın raketlərindən və hücumlarından qorumaq hüququ var. Ancaq o, fələstinli mülki vətəndaşların ölümünü ürəkağrısı ilə qarşıladığını bildirib və deyib ki, onların müdafiəsi üçün mümkün hər şey edilməlidir.

XS
SM
MD
LG