Accessibility links

Obamadan gənc ixtiraçıya dəstək


Obamadan məktəbliyə dəstək
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Texas məktəblisi Əhməd Məhəmməd elmi layihə çərçivəsində hazırladığı saatı məktəbə gətirdikdən sonra müəllim onun partlayıcı cihaz ola bilməsindən şübhələnib və polis çağırıb. Məktəblinin həbsindən sonra prezident Obamadan tutmuş Facebook şirkətinin təsisçisi Mark Zukerberqə qədər minlərlə insan Əhmədə dəstək bildirib.

14 yaşlı Əhməd Məhəmməd elm və texnologiya həvəskarıdır. Onun bir sıra layihələri mükafatlara layiq görülüb. Lakin sonuncu layihə problem yaradıb. O, evdə qələm qutusundan rəqəmsal saat hazırlayıb və onu müəllimə göstərmək üçün məktəbə gətirib.

Lakin Texasın İrvinq şəhərində Makartur məktəbinin başqa bir müəllimi cihazın partlayıcı ola bilməsindən qorxaraq polis çağırıb. Tərif əvəzinə elm həvəskarı olan yeniyetmə əlləri qandallı polis şöbəsinə gətirilib.

Əhməd Məhəmməd: “Onlar məni həbs etdilər və dedilər ki, mən saxta bomba hazırlamaqla cinayət törətmişəm.”

Sudan əsilli müsəlman oğlan doqquzuncu sinifdə oxuyur. Onun valideynləri və yerli müsəlman icmasının üzvləri Əhmədin irqi və dininə görə ayrı-seçkiliyə məruz qaldığını deyib.

Amerika-İslam Şurasının nümayəndəsi Aliya Salem:

“Mənə elə gəlir ki, onun adı Əhməd Məhəmməd olmasaydı heç sual belə olunmazdı.”

Lakin məktəb müdiriyyəti ölkə bəyu məktəblərdə kütləvi qətllərə görə potensial təhlükəni ciddi qəbul etdiklərini bildirib.

İrvinq müstəqil təhsil şöbəsinin nümayəndəsi Lesli Viver : “Mən bizim ailələrə və icmalara, habelə bütün ölkəyə bildirmək istəyirəm ki, bizim üçün İrvinqdə məktəblilərin təhlükəsizliyi əsas prioritetdir.”

Əhmədin elmi təcrübəsinə ölkədə geniş dəstək verilib. Prezident Barak Obama onu gələn ay Ağ Evdə gənc elm həvəskarları ilə görüşə dəvət edib.

Ağ Evin sözçüsü Coş Ernest: ”Ağ Evdə bizlər və prezident özü bu gənclə əlaqə saxlamaq və onun intellektual marağının inkişaf etdirilməsi imkanını görürük. Fikrimcə, onun Ağ Evdə Astronomiya gecəsinə qatılacaq digər gənclərlə bir araya gəlməsi münasibdir.”

Prezident Obama gəncləri elmi ixtiralara marağını təşviq edir. O, Ağ Evdə bundan əvvəl də uşaqlar üçün belə tədbirlər təşkil edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG