Accessibility links

Prezident Obama:ABŞ silahlı qüvvələri dünyada ən güclü olaraq qalır


ABŞ Hərbi Hava qüvvələrinin akademiyasının məzunları qarşısında çıxış edən prezident Obama son 10 ildə Üsəma Bin Ladenin artıq mövcud olmadığı, İraqda müharibənin dayandığı, Əfqanıstanda isə sona çatacağı bir dövrdə ilk buraxılış olduğunu deyib.

Cənab Obama Kolorado ştatında Kolorado Sprinqs şəhərində akademiyanın məzunları qarşısında çıxışında Amerikanın on il bundan əvvəllə müqayisədə daha güclü, daha təhlükəsiz və daha böyük nüfuza malik olduğunu söyləyib.

O, ABŞ hərbi qüvvələrinin Əl-Qaidə şəbəkəsinin zəiflədilməsində rolunu yüksək qiymətləndirib və dünyanın təhlükəsizliyi naminə canını qurban verməyə hazır olan insanlara təşəkkürünü bildiirb.

Prezident Obama bildirib ki, akademiyanın mindən çox məzunu sələflərinin əldə etdiyi nailiyyətlərə görə daha yüksək təlim almaq və ailələləri daha çox vaxt keçirmək imkanı qazanacaq. O bildirib ki, İran və Şimali və Şimali Koreya nüvə proqramları ilə dünyaya təhlükə yarada bilməyəcək.

Prezident Obama ABŞ iqtisadiyyatı və Amerikanın yenilişmə qabiliyyəti kimi, ölkənin silahlı qüvvələrinin də dünyada ən güclü olduğunu deyib. ABŞ prezidenti 21-ci əsrin Amerika üçün daha bir böyük əsr olacağını bildirib.

XS
SM
MD
LG