Accessibility links

Obama: Ali Məhkəməyə hakim razılıq yolu ilə seçilməlidir


Supreme Court Justice Antonin Scalia’s courtroom chair is draped in black to mark his death as part of a tradition that dates to the 19th century, Tuesday, Feb. 16, 2016, at the Supreme Court in Washington.

Supreme Court Justice Antonin Scalia’s courtroom chair is draped in black to mark his death as part of a tradition that dates to the 19th century, Tuesday, Feb. 16, 2016, at the Supreme Court in Washington.

Ali Məhkəmənin mərhum hakimi Antonin Skalianın yerinə hakim təyin edilməyib

ABŞ prezidenti Barak Obama Ali Məhkəmənin mərhum hakimi Antonin Skalianı əvəzləmək üçün “ən liberal hüquqşunası” seçə bilmir, deyə cümə axşamı vitse-prezident Co Bayden bildirib. Bu sözləri ilə də o, Ağ Evin strategiyası ilə bağlı ipucu verib.

“Prezident ölkədəki ən liberal hüquqşunası seçib, onu məhkəməyə təyin edə bilməyəcək” deyə vitse-prezident Minnesota İctimai Radiosuna bildirib.

“Yüksək məhkəmələrdə çalışan bir sıra hakim var ki, respublikaçılar onları yekdilliliklə dəstəkləyir. Növbəti hakim isə konsensus vasitəsilə seçilməlidir ki, onun təsdiq edilməsi üçün kifayət qədər dəstək toplaya bilək,” deyə o əlavə edib.

Senatdakı respublikaçıların əksəriyyəti deyir ki, demokrat Obama Skalianı əvəzləmək üçün namizəd irəli sürməməlidir. Onlar düşünür ki, bu, 2017-ci ilin yanvarında hakimiyyətə gələcək prezident tərəfindən edilməlidir.

Senatın iş qrafikını müəyyən edən əksəriyyət lideri Miç Makkonnel isə artıq Obamanın namizədini təsdiqləyib və ya rədd etmək üçün heç bir iclasın keçirillməyəcəyini açıq-aydın bildirib.

Obama isə buna əhəmiyyət vermir. Cümə axşamı Ağ Evin sözçüsü Coş Ernest deyib ki, Obama artıq komandasının yüksək səviyyəsi üzvləri ilə müzakirələrə başlayıb və bu yaxınlarda bir namizəd irəli sürəcək.

“Yaxın tarixdə iki Ali Məhkəmə sessiyası müddətində Ali Məhkəmədə vakansiya olmayıb. Bu səbəbdən də prezident tez bir zamanda hakim təyin etmək istəyir ki, daha sonra Senat da onun irəli sürdüyü namizəd üçün ədalətli təsdiq iclası keçirsin.”

Prezidentin fikirlərini təkrar edən Ernest Senatın yeni hakimi nəzərdən keçmək məcburiyyətində olduğunu deyib.

"Amerika xalqını narahat edən əsas sual Birləşmiş Ştatlar Senatının konstitusional məsuliyyətini yerinə yetirib-yetirməyəcəyidir. Və məncə bu il səs verəcək insanlar da buna fikir verəcək,” deyə o bildirib.

Skalianı əvəzləmək səyləri böyük siyasi qarşıdurmaya çevrilib və bu qarşıdurmaya ABŞ-ın siyasi spektrinin hər bir tərəfinə aid maraq qrupları cəlb olunub.

Skalianın qərarları adətən respublikaçıları qane edirdi. Onun vəfatından sonra Ali məhkəmədə dörd mühafizəkar və dörd liberal hakim qalıb. Bu isə o deməkdir ki, növbəti hakimin səsi məhkəmədəki siyasi tarazlığı pozacaq.

XS
SM
MD
LG