Accessibility links

ABŞ prezidenti Amerikanın birliyi və Avropa ilə əməkdaşlıq mesajı ilə Almaniyadadır. Barak Obama bütün avropalılara Amerikanın dünya ilə əlaqələrini davam etdirəcəyini bildirib.

"Müttəfiqlərimiz və NATO tərəfdaşlarımız son 70 ildə Amerikanın xarici siyasətinin təməl daşı olub" -deyə prezident vurğulayıb.

Müttəfiqlərimiz və NATO tərəfdaşlarımız son 70 ildə Amerikanın xarici siyasətinin təməl daşı olub

Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında ABŞ dövlət başçısı bildirib ki, Almaniya dünya səhnəsində ABŞ-ın ən layiqli tərəfdaşıdır. O, hər iki ölkənin Paris sazişinə qoşulduğuna görə məmnunluğunu ifadə edib.

Obama xələfi Donald Trampı Rusiya qaşısında durmağa çağırıb. O deyib ki, Trampın onun nümayiş etdiyi mövqedən çıxış, dəyərlərimiz və maraqlarımıza uyğun gəldikdə Rusiya ilə əməkdaşlıq edəcəyinə ümid bəsləyir.

Almaniya Barak Obamanın prezident kimi son xarici səfərinin mərkəzində yer alır.

Belə ki, Avropanın yüksək iqtisadiyyata malik olan ölkəsi kimi Almaniya Amerikanın əsas ticarət tərəfdaşı və NATO-nun mühüm üzvlərindəndir.

Müşahidəçilər Angela Merkeli milliyətçi hərəkatlarının artdığı Avropada ən qabaqcıl liberal səs hesab edir.

Show comments

XS
SM
MD
LG