Accessibility links

Barak Obama Argentinada işgüzar səfərdədir


ABŞ prezidenti Barak Obama Argentinadadır. İki gün davam edəcək səfər iqtisadi böhran yaşayan ölkə ilə ABŞ-ın münasibətlərinin yaxşılaşmasına işarədir.

Prezidentin təyyarəsi Buenos Aires şəhərinə bu gün gecə saatlarında çatıb. Prezidenti birinci xanım Mişel Obama, qızları və qaynanası müşayiət edir.

Obamanın Argentinanın Vaşinqton və digər azad bazar iqtisadiyyatı olan ölkələrlə güclü iqtisadi əlaqələr yaratmasını istədiyinə işarə edən yeni prezident Marisio Makri ilə görüşü nəzərdə tutulub.

Sabah Obama Argentinada qəddar hərbi diktaturanın 40 illiyini anmaq məqsədi ilə zalım rejimin qurbanlarının şərəfinə yaradılmış parkı ziyarət edəcəyi, abidə önünə əklil qoyacaq.

Yeddi il davam edən diktatura dövründə 30 min insan ya ölüb, ya da itkin düşüb. Bu dövr Argentina tarixində `Murdar Müharibə` kimi tanınır.

İnsan haqları durumuna baxmayaraq əldə edilən məxfi sənədlərdə göstərilir ki, Birləşmiş Ştatlar o zaman hərbi rejimi müdafiə edib.

Obama administrasiyası ötən həftə bəyan edib ki, Argentina hökumətinin xahişinə əsasən ABŞ o dövrlə bağlı daha da çox hərbi və kəşfiyyat sənədlərini ictimailəşdirəcək.

Obamanın səfərini tənqid edənlər nümayişlər keçirəcəklərini vəd edib.

Tənqidçilər ABŞ-ın Argentinanın hərbi rejimini dəstəklədiyinə görə üzr istəməsini tələb edir.

XS
SM
MD
LG