Accessibility links

Obama ASEAN ölkələrinin liderlərinə ABŞ-ın dəstəyini vəd edib


ABŞ prezidenti Barak Obama Şimali Koreyanın təhrikçi hərəkətlərinin qarşısının alınmasını çətin iş adlandırıb.

BMT-nin ciddi iqtisadi sanksiyalarına baxmayaraq, Şimali Koreya son aylar Çində Böyük İyirmilərin keçən həftə sammiti başlayan zaman orta mənzilli raket daxil olmaqla, bir neçə raket sınağa keçirib.

Obama deyib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın tərid olumuş hökuməti nüvə silahları proqramını müzakirə etmək üçün danışıqlar masasına qayıtmayana qədər Pxenyanı hərəkətlərinə görə cəzalandırmağa davam edəcək.

Prezident Obama bu açıqlamları Cənubi-Şərqi Asiya ölkələrinə səfərinin son dayanacağı olan Laosda deyib. Obama Laosa səfər etmiş ilk ABŞ prezidentidir.

Amerika lideri 10 üzvü olan Cənub-Şərqi Asiya Ölkələri Assosiyasının liderləri ilə görüşdə iştirak edib. Müzakirələr zamanı beynəlxalq arbitrar məhkəmənin iyul ayında Çinin Cənubi Çin dənizində ərazi iddialarının rədd edilməsi haqda qəbul etdiyi qərarın əhəmiyyəti vurğulanıb.

“İyul ayında qəbul edilmiş mühüm qərar rergionda dəniz hövzəsində hüquqların müəyyən edilməsi üçün böyük əhəmiyyət daşıyır. Mən gərginliklərin artmasını başa düşürəm, amma mən eyni zamanda, gərginliklərin azaldılmasının konstruktiv həllini birgə müzakirə edəcəyimizi gözləyirəm.”

Prezident Obama yanvar ayında başa çatacaq prezidentliyi müddətində ABŞ-ın Cənub-Şərqi Asiya regionda siyasətində balansın bərpasını prioritet məsələ edib.

XS
SM
MD
LG