Accessibility links

ABŞ prezidenti Asiya səfərinin üçüncü dayanacağı Malayziyadadır


ABŞ prezidenti Asiya səfərinin üçüncü dayanacağı Malayziyadadır.

Obama Kuala Lumpurda onun şərəfində təşkil edilən şam ziyafətində iştirak edib.

Malayziya kralı Əbdül Halim prezidentin şərəfində badə qaldıraraq, yoxa çıxan Malayziya hava yolları təyyarəsinin axtarışındakı roluna görə Amerikaya təşəkkürünü bildirib. Kral iki ölkə arasındakı iqtisadi əlaqələrə görə də ABŞ-a minnətdar olduğunu söyləyib.

Barak Obama Malayziyanın baş naziri ilə görüşü zamanı Trans-Sakit Okeanı ticarət razılığı ilə bağlı Nacib Razakın narahatlıqlarını yüngülləşdirməyə çalışacaq.

Çinlə yaxın ticarət əlaqələrinə malik olan bu ölkə razılığın bəzi şərtləri ilə razılaşmır.

Malayziyaya yola düşməzdən əvvəl ABŞ dövlət başçısı Cənubi Koreyanın prezidenti Park Qın He ilə birgə mətbuat konfransında Birləşmiş Ştatların Cənubi Koreya ilə bağlı öhdəliyindən heç vaxt imtina etməyəcəyini və Şimalı Koreyanın təxribatlarına qarşı o ölkə ilə çiyin-çiyinə dayanacağını deyib.

Bu, Barak Obmanın 2009-cu ildən bəri beşinci Asiya səfəridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG