Accessibility links

Barak Obama xarici siyasətini Asiya ölkələrinə yönəldib (Video)



ABŞ-ın başçılıq etdiyi İraq müharibəsinin başa çatması və Amerikanın Əfqanıstandakı hərbi fəaliyyətlərinin azalmasl ilə ABŞ prezidenti Barak Obama xarici siyasətini Asiya ölkələrinə yönəldib. Bunun aspektlərindən biri azad ticarət razılığının əldə edilməsidir.

ABŞ prezidenti bu yaxınlarda 4 Asiya ökkəsinə səfəri zamanı ticarət sazişinin əldə edilməsinin asan olmayacağı ilə üzləşib.

Amerika istehsal etdiyi avtomobillər və gəmilərini dünya bazarlarına çıxarır. Eyni işi Yaponiya da görür. Yaponiya daha çox elektronik mallarını ixrac edir.

Bu, gündəlik beynəlxalq ticarətin yalnız kiçik bir hissəsidir.

İndi Sakit okeanı hövzəsinin 12 ölkəsi ticarətin artırılması, tariflərin aradan qaldırılması və qaydaların asanlaşdırılmasına dair ticarət razılığının müzakirəsinə başlayıb.

Trans-Sakit Okeanı Tərəfdaşlığı ABŞ prezidenti Barak Obamanın Asiya ilə bağlı siyasətinin təməlini təşkil edir.

Amerikanın maliyyə naziri Penni Pritzker bunu Obama administrasiyasının əsas prioriteti adlandırıb. "Amerikanın malları və investisiyalarının Asiya-Sakit okeanı bazarlarına açılışı ABŞ-da gəlirləri artırmaqla yanaşı, bir çox sahələrdə yeni iş yerlərinin açılışına yardım edəcək."

Bu 12 ölkə dünya iqtisadiyyatının 40, beynəlxalq ticarətin isə 26 faizinə sahibdir. Lakin azad ticarət razılığının əldə edilməsi göründüyü kimi asan deyil.

Avstraliya Yaponiyanın elektron mallarının, Tokio isə Avstraliyanın donuz və mal əti tariflərinin azaldılmasına razılıq verib.
ABŞ və Yaponiya arasında da ciddi müzakirələr keçirilib.

Amerikanın Asiya bazarlarına çıxış əldə etmək səyləri iqtisadi baxımdan artmaqda olan Çinin dünyanın iqtisadi lideri kimi Amerikanı üstələməyə çalışdığı bir vaxta təsadüf edir.

Lakin Çin ticarət sazişi müzakirələrində iştirak etmir.

Təhlilçi Barbara Kotsşvar Vaşinqtonda yerləşən Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun əməkdaşıdır.“Başlanğıcda bir çoxlarını Çin qorxudurdu. Bu qorxu tədricən azalmağa başlayıb. İndi Amerika ilə Çin qarşılıqlı investisiya barədə müzakirələr keçirir.”


Hələ ki, Çin daxil edilmədən 12 Sakit okeanı hövzəsi ölkəsi razılığın əldə edilməsində çətinliklərlə üz-üzədir.
XS
SM
MD
LG