Accessibility links

Obama Avropanın 6 dövlət başçısı ilə Ukraynanı müzakirə edib


ABŞ-ın Florida ştatında məzuniyyətdə olan prezident Barak Obama bu gün Avropa ölkələrinin rəhbərləri ilə telefon əlaqəsi quraraq Ukrayna böhranı barədə danışıb.

Ağ Evin məlumatına görə, cənab Obama Britaniya baş naziri Deyvid Kameron, Fransa prezidenti Fransua Olland və İtaliya baş naziri Matteo Renzi ilə fərdi söhbət apardıqdan sonra Litva, Latviya və Estnoiya prezidentləri ilə konfrans telefon danışığı keçirib. Müzakirələr barədə ətraflı məlumat verilməyib.

Ağ Ev yaxın saatlarda təfərrüatlı məlumat veriləcəyini bildirib.

Xatırladaq ki, dünən Pentaqon Rusiyanın Ukraynadakı qoşunlarının sayını təxminən 20 minə yaxın olduğunu bildirmişdi.
XS
SM
MD
LG