Accessibility links

Obama: Baltimorda hadisələrə görə məsuliyyət daşıyanlarla cinayətkarlar kimi rəftar edilməlidir


ABŞ prezidenti Barak Obama bazar ertəsi axşam Baltimor şəhərində zorakılıqlara törədilməsinə görə məsuliyyət daşıyanların cinayətkar hesab olunacağını bildirib.

İğtişaşlar bu ayın əvvəli polis tərəfindən həbs edildikdən sonra ölən 25 yaşlı afro-amerikalı Freddi Qreyin dəfn mərasiminin ardınca başlayıb.

Buna baxmayaraq, prezident Obama deyib ki, bazar ertəsi günü baş vermiş zorakılıqlar Freddi Qreyin ölümülə bağlı tamamilə əsaslı narahatlıqlar səbəbi ilə bir neçə gündür keçirilən dinc nümayişlərdən diqqətin yayınmasıdır.

“Dünən gördüyümüz kimi zorakılığın baş verməsinə heç cür bəraət qazandırmaq olmaz. Bu, əks təsirə malikdir” –deyə Ağ Evdə açıqlama verən cənab Obama bildirib.

“Ayrı-ayrı şəxslər əllərinə lom götürüb və açıq qapıları görüb qarətlə məşğul olanda onlar etiraz etmir, onlar heç bir şey demir, onlar oğurluq edirlər. Onlar evləri yandıranda yanğın törədir, onlar birnez idarələrini dağıtmaqla öz icmalarında imkanların qarşısını alır”-deyə cənab Obama bildirib.

“Bunlar vəziyyətdən öz xeyirlərii üçün istifadə edən bir qrup insandır və onlarla cinayətkar kimi rəftar edilməlidir”-deyə prezident Obama əlavə edib.

ABŞ prezidenti Barak Obama bu açıqlamaları ABŞ-ın şərq bölgəsində yerləşən Merilend ştatının qubernatoru Larri Hoqanın bazar ertəsi gecə baş vermiş zorakılıqların bir daha təkrar olmayacağına söz verdiyi vaxt verib.

Müxbirlərlə danışan qubernator Larri Hoqan şəhərdə yenidən sülhün yaradılmasının vacibliyini vurğulayıb. Merilend ştatının qubernatoru həmçinin bildirib ki, cinayətkar fəaliyyətlərinə imkan verilməyəcək və rəsmiləri Baltimor şəhərində təhlükəsizliyin yenidən bərpa edilməsi üçün lazım olan hər şeyi edəcəklər. Onun sözlərinə görə, şəhərin küçələrində əlavə bir neçə min nəfərdən ibarət təhlükəsizlik qüvvəsi yerləşdirilib. O indiyə qədər yeni iğtişaşlarla bağlı məlumat almadığını bildirib.

Etirazçıların şəhəri talan etməsi nəticəsində Baltimorda qadağan saatı tətbiq edilib. Merilend ştatının merinin fövqəladə vəziyyət elan etməsindən sonra Milli Qvardiyanın əsgərləri Baltimor şəhərinə göndərilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG