Accessibility links

ABŞ prezidenti Barak Obama bildirib ki, onun görüşdüyü dünya liderləri Donald Trampın 2016-cı ildə keçiriləcək seçkilərdə namizəd olmasından narahatdırlar.

Prezident deyib ki, dünya seçki prosesini yaxından izləyir. Çünki Birləşmiş Ştatlar beynəlxalq nizamın qəlbidir. O bu sözləri cümə axşamı günü Yaponiyanın Şima şəhərində keçirilən dünyanın yeddi zəngin dövlətinin liderlərinin illik sammitinin birinci günündən sonra deyib.

ABŞ prezidenti bildirib ki, o və digər G-7 liderləri sammitin ilk günündə qlobal iqtisadiyyatın üzləşdiyi problemləri müzakirə ediblər.

Tramp respublikaçılar arasında İspan və müsəlman mənşəli miqrantlar haqqında çıxışına görə dominantlığa sahibdir. O, ABŞ qüvvələrinin Yaponiya və Cənubi Koreyadan çıxarılmasını və həmin ölkələrin Şimali Koreyadan müdafiə məqsədi ilə nüvə silahı ilə təmin edilməsinə çağırıb.

Show comments

XS
SM
MD
LG