Accessibility links

ABŞ prezidenti Barak Obamanın Respublikaçı rəqibi Mitt Romni üzərindəki qələbəsi ilə uzun müddət davam edən seçki kampaniya fəsili başa çatdı.

Vaşınqton şəhərinin küçələrində seçki gecəsi bayram əhval-ruhiyyəsi hiss edilirdi.

Barak Obama: “Növbəti dörd il. Aman Allah. Mən çox xoşbəxtəm. Bizim uşaqlarımız və bizi daha yaxşı gələcək gözləyir.”

Prezidentin Çikaqoda və İlinoyisdəki qərərgahı önünə toplaşan insanların əksi prezident qələbə çıxışını edərkən güzgüdə nümayiş etdirilirdi.

Barak Obama: “Biz ürəyimizin dərinliyində bilirik ki, Birləşmiş Ştatlar üçün parlaq gələcək hələ irəlidədir.”

Cənab Obama tərəfdarları prezidentin seçkiləri böyük fərqlə udmasından heyrətə gəlmişdir.

Barak Obama: “Və siz məni daha da yaxşı prezident olmağıma səbəb oldunuz. Sizin mübarizənizlə mən Ağ Evə, irəlidə görüləcək işlərin başına daha da mətin və yeni ruhla qayıtdım.”

Seçki nəticələrindən məyusluq hissi keçirən Bostonda Respublikaçı namizəd Mitt Romni hər kəsi cənab Obamanı təbrik etməyə çağırdı.

“Mən çox istərdim sizin ümüdlərinizi doğruldum və ölkəni irəliyə, başqa istiqamətdə aparım. Amma ölkə başqa lideri seçdi və mən, həyat yoldaşım Anna sizlərə qoşularaq prezidentə və ölkənin gələcəyinə ürəkdən dua etmək istəyirəm. Sağ olun və Tanrı Amerikanı qorusun,” Mitt Romni söylədi.

Qələbəyə bu qədər yaxın olduğumuzu anlayarkən məğlubiyyətimizi qəbul etməyimiz çox çətindir, deyərək Romninin Vaşınqtondakı tərəfdarları bildirib.

Tarixdə ən bahalı kampaniya fəslinin sonunda seçicilər prezident və qanunvericilərə səs verdi. Lakin Vaşınqtonda o qədər də dəyişiklik olmadı. Demokratlar senatda üstünlük təşkil etməkdə, Respublikaçılar isə Nümayəndələr Palatasına nəzarət etməkdə davam edir. Bu, isə o deməkdir ki, tərəflərdən hər hansı biri öz təşəbbüsünü asanlıqla həyata keçirə bilməyəcək.

Hətta sevincli günündə belə prezident qarşıdakı problemləri dilə gətirdi və siyasətçiləri geriyə, Vaşınqton şəhərinə döndükdə onları yaxından əməkdaşlıq etməyə səslədi.
XS
SM
MD
LG