Accessibility links

ABŞ prezidenti Afrikaya səfərini başa vurub


Obama
Obama
Afrikaya səfərini başa vuran ABŞ prezidenti Barak Obama qitənin insanlarının düzgün yanaşma yolu ilə yeni inkişaf dövrünə keçə biləcəyinə inandığını deyib.

Cənab Obama iqtisadi inkişafa nail olmaq məqsədilə ictimai və fərdi sektorların səylərini birləşdirəcək proqramları açıqlayıb. Bu proqramlar Afrika ilə ABŞ arasında ticarət sahəsində tərəftaşdaşlıq münasibətlərinin güclənməsinə xidmət edir.

Prezident Obama Tanzaniyada bir zamanlar fəaliyyətsiz qalmış, indi isə ABŞ-la birgə səylər nəticəsində yenidən fəaliyyətə başlayan enerji obyektini ziyarət etdikdən sonra Afrikaya səfərini başa vurub.

Cənab Obama Afrikada elektrik enerjisindən istifadəni genişləndirmək üçün yeddi milyard dollarlıq yeni proqramı elan edib.

Afrikada səfərdə olan sabiq prezident Corc Buş cənab Obama ilə birlikdə1998-ci ildə Dar Əs-Salam şəhərində ABŞ səfirliyinin partladılması zamanı həlak olmuş 11 nəfərin xatirəsini yad edib.
XS
SM
MD
LG