Accessibility links

Barak Obama federal hökumətin bağlanmasına görə iki ölkəyə səfərini təxirə salıb


ABŞ prezidenti Barak Obama ABŞ hökumətinin bir hissəsinin bağlanması ilə əlaqədar Asiyaya qarşıdan gələn səfəri zamanı iki ölkədə dayanacağını təxirə edib.

Ağ Ev rəsmiləri cənab Obamanın Malaziya və Filippinə planlaşdırılmış səfərlərini təxirə saldığı barədə məlumat verib. Cənab Obamanın İndoneziya ilə Bruneyə səfərə şənbə günü başlayacağı gözlənilir.

ABŞ hökumət idarələrinin bir hissəsi qanunvericilərin oktyabrın 1-i yeni büdcə ilinin başlamasına qədər federal büdcəyə dair razılıq əldə bilmədiklərinə görə bağlanıb.

Nümayəndələr palatasında respublikaçı qanunvericilər büdcəyə dair qanun layihəsini səhiyyə xidmətləri haqda qanunun gecikdirildiyi halda qəbul etmək istəyirdi.

Respublikaçıların cəhdlərinin qarşısı demokratların üstünlük təşkil etdiyi Senat tərəfindən alınmışdı. A

BŞ federal hökumətinin 800 min işçisi ikinci gündür işə çıxmayıb. Mill parklar və bir çox federal agentliklər bağlanıb.

Quinnipeq universitetinin keçirdiyi sorğu amerikalıların 72 faizinin iş yerlərinin bağlanmasını böyük narazılıqla qarşıladığını göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG