Accessibility links

Prezident Obama qızının basketbol komandasına məşqçilik edib

  • Amerikanın səsi

Prezident Obama Ağ Evdə Los Ancelesin Lakers basketbol komandasını qəbul edir

Prezident Obama Ağ Evdə Los Ancelesin Lakers basketbol komandasını qəbul edir

Prezident Obamanın basketbola rəğbəti onun özünü basketbol meydançasına gətirib. Cənab Obama qızının baksetbol komandasının məşqçisini əvəz etməli olub. Təəssüf ki, Saşa Obama atasını Merilenddə keçirilən oyunda məşqçi rolunda görə bilməyib. Ağ Evin verdiyi məlumata görə, Saşa, böyük bacısı Maliya və birinci xanım xizək sürmək üçün Kolorado ştatında olublar. Komandanın qələbəsinə prezident Obamanın məşqçiliyinin səbəb olub-olmadığı haqda bir söz deyilmir. Cənab Obama Saşanın oyunlarına tez-tez tamaşa edir, lakin müxbirlərin iştirakına icazə verilmir.



XS
SM
MD
LG