Accessibility links

Obama ABŞ-Braziliya basketbol oyununu izləyib [Video]


Vaşinqtonda keçən oyunda maraqlı məqam prezident Obamanın xanımı Mişellə zalda yerləşdirilmiş nəhəng “öpüş kamerası”na düşməsi olub

Londonda Olimpiya oyunlarına yola düşməzdən əvvəl ABŞ-ın milli basketbol komandası və Braziliya komandası arasında Vaşinqtonda yoldaşlıq görüşü keçirilib. Kobe Brayant və Lebron Ceyms kimi basketbol dünyasının ən parlaq ulduzlarının bir araya gəldiyi Amerika komandasının oyununa ABŞ prezidenti Barak Obama və vitse-prezidenti Co Bayden da tamaşa edib.

Basketbol həvəskarı kimi tanınan prezident Obama ABŞ komandasının oyununu yaxından izləməklə yanaşı, həm də komandanın oyunu ilə bağlı fikirlərini söyləyib. Prezident Obama Amerikanın idman kanalı olan ESPN-ə müsahibəsində ABŞ komandasını olduqca istedadlı bir komanda adlandıraraq, London Olimpiadasından vətənə qızıl medalla qayıdacağına ümid bəslədiyini söyləyib.

<


ABŞ prezidenti 20 il əvvəl Amerikanın Barselonada yay Olimpiya oyunlarında çıxış etmiş “Dream Team” , “Ulduzlar komandası”ndan da söz açıb və Amerika basketbolçularının nümayiş etdirdiyi yüksək professionallığı xüsusi qeyd edib.

ABŞ-Braziliya oyununa gəldikdə, komanda Olimpiadada gərgin oyunlara hazırılıq üçün yoldaşlıq görüşünün yaxşı start olduğunu deyib. Oyun ABŞ Olimpiya yığmasının xeyrinə 80-69 hesabla başa çatıb. Oyunda əsas xalları Amerika Basketboll Assiosiasiyasının ən dəyərli oyunçusu adlandırılan LeBron Ceyms qazanıb.

ABŞ basketbol komandası London Olimpiadasının başlamasına qədər İngiltərədə Mançester, daha sonra Barselonada Argentina və İspaniyanın komandaları ilə yoldaşlıq görüşləri keçirəcək. Argentina və İspaniya Olimpiya komandalarında bir neçə basketbolçu ABŞ-ın Milli Basketbol Assosiyasının komandalarında oynayır.

Vaşinqtonda basketbol oyununda daha bir maraqlı məqam prezident Obamanın xanımı Mişellə zalda yerləşdirilmiş nəhəng “öpüş kamerası”na düşməsi oldu. Birinci dəfə kamera Obamalara tuşlananda zalda tamaşaçıların səs-küyünə baxmayaraq, onlar “öpüş” şərtinə əməl etməyib. Lakin basketbol oyununun dördüncü hissəsində prezident Obama ikinci imkanı qaçırmayaraq, tamaşaçılar qarşısında xanımı Mişeli qucaqlayıb öpdü.

Prezident Obama ABŞ-ın Milli Basketbol Assosiyasının basketbolçuları arasında populyardır. 2008-ci ildə onun prezident seçki kampaniyası zamanı Kobe Brayantın oynadığı Los-Ancelesin “Lakers” komandası ona dəstəyini bildirmişdi.

ABŞ prezidenti hələ gənc yaşlarından basketbol həvəskarı olmuşdur. O, Havay adalarında yuxarı sinif şagirdi olan vaxtdan basketbol oynayırdı. Qızı Saşanın basketbol üzrə məşqçilərindən biri olan prezident Obama doğma Çikaqo şəhərinin “Chicago Bulls” komandasının oyunlarını yaxından izləyir.

ABŞ-da prezident seçkisi ili hətta Olimpiya oyunlarında da Amerikanın siyasi həyatında ən mühüm bu hadisənin tonunu hiss etmək mümkündür. ABŞ prezident seçkisində respublikaçı namizəd Mitt Romni Londonda Olimpiya oyunlarının açılışında iştirak etmək üçün Britaniyaya səfər etməyi planlaşdırır. ABŞ-ın birinci xanımı Mişel Obama açılış mərasimində Birləşmiş Ştatların nümayəndə heyətinə başçılıq edəcək.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG