Accessibility links

ABŞ hökuməti Belarusa qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirir


ABŞ hökuməti Belarusa qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirir
ABŞ hökuməti Belarusa qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirir

Prezident Obama Belarusda prezidentliyə müxalifətdən keçrmiş namizədlərin həbsə məhkum edilməsini kəskin qınayan bəyanatla çıxış edib və prezident Aleksandr Lukaşenko hökumətinə qarşı yeni sanksiyalar tətbiq ediləcəyinə söz verib.

Cənab Obamanın Ağ Ev tərəfindən açıqlanan bəyanatı Minsk şəhər məhkəməsinin Nikolay Statkeviç və Dmitri Ussu seçkidən sonra cənab Lukaşenko əleyhinə kütləvi etirazların təşkilində ittiham etməsindən bir gün sonra verilir.

Müxalifət fəalları altı və beş il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə prosesini demokratiya istiqamətində geriyə addım adlandıran prezident Obama bildirib ki, proses siyasi motiv daşıyır və eyni zamanda ədaləti və müstəqil ədliyyə sisteminin təlb etdiyi minimal standartlara belə cavab vermir.

Cənab Obama deyib ki, ABŞ hökuməti səfərlərin məhdudlaşdırıması və hesabların dondurulmasını nəzərdə tutan hazırkı sanksiyalara əlavə olaraq, Belarusun dövlət ə məxsus müəyyən müəssislərinə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Cənab Obama bildirib ki, o, Avropa İttifaqı və başqa müttəfiqlərə qoşularaq, Belarus xalqının Avropada müasir, demokratik və çiçəklənən cəmiyyət qurmaq istəklərinə dəstək verir.

XS
SM
MD
LG