Accessibility links

Barak Obama Böyük Səkkizliyin sammitinə qatılıb


ABŞ prezidenti Barak Obama Şimali İrlandiya sülhünü dünyanın münaqişələr yaşanan bölgələrinə örnək göstərib. Belfastda gənclər qarşısında çıxış edən prezident deyib ki, sülhün şərtləri liderlər tərəfindən müzakirə edilir, lakin sülhün taleyi insanlardan asılıdır.

ABŞ dövlət başçısı Belfasta Böyük Səkkizliyin sammitində iştirak etmək üçün gedib. İkigünlük yığıncaq zamanı Amerikanın Suriyanın müxalif qüvvələrinin silahlandırılmasına dair qərarı müzakirə ediləcək.

Sammitdən öncə Barak Obama Britaniyanın baş naziri Deyvid Kameronla görüşüb.

Onun Rusiya prezidenti Vladimir Putinlə də görüşü planlaşdırılıb. Liderlər Suriya münaqişəsini müzakirə edəcək.

ABŞ və Avropa İttifaqı Böyük Səkkizliyin sammiti çərçivəsində yeni azad ticarət sazişi ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəlib.

Bu haqda bəyanatı Avropa rəsmiləri və ABŞ prezidenti verib. Amerika və Avropa İttifaqına üzv olan 27 ölkə arasında illik ticarət 1 trillion dollar təşkil edir. Lakin yeni sazişə əsasən tariflər azaldılmalıdır.

Barak Obama bu razılığın ixracın artırılması, yüz minlərlə iş yerinin qorunub saxlanmasına xidmət edəcəyini bildirib. Lakin tərəflər arasında danışıqlar asan olmayacaq.

Avropa rəsmiləri Fransanın film, musiqi və televiziya sənayesinin razılıqlarda yer almamasına dair tələbi ilə razılaşmaya bilmir.

Böyük Səkkizliyin gündəmə gətirəcəyi məsələlər arasında iqtisadi tənəzzül də yer alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG