Accessibility links

ABŞ prezidenti Barak Obama bildirib ki, o, Birmaya “yeni gün” gələcəyindən əmindir, lakin Şərqi Asiya ölkəsində islahatlar üçün hələ çox işlər görülməlidir.

Prezident Obama bu şərhi bu gün prezident Tein Sein və demokratiya fəalı Anq San Su Kyi kimi liderlərlə görüşü zamanı bölüşüb.

ABŞ dövlət başçısı Birmada ikigünlük səfərdədir. Birma illər boyu davam edən avtoritar hərbi idarədən qurtulmağa çalışır.

Ağ Ev Milli Təhlükəsizlik Müşavirinin müavini Ben Rods bildirib ki, cənab Obama prezident Tein Seinlə təkbətək görüş zamanı siyasi islahatların sürətləndirilməsi və insan haqları ilə bağlı naratlığını bildirib.

Nominal mülki hökümət 2011-ci ildə höküməti ələ keçirərək, ölkədəki hərbi rəhbərliyə son qoyub, eyni zamanda ölkədəki dərin problemlərin üstünü açıb. Bu problemlərə etnik azlıqlara qarşı rəftar daxildir.

Rods bildirib ki, prezident Obama Rohingya qrupu məsələsini müzarikəyə qoyacaq. Rohingya qrupunun əksəriyyəti müsəlmandır və hökümət onlara vətəndaşlıq verməkdən imtina edir və digər məhdudiyyətlərə məruz qoyur.

Barak Obama cümə günü Yanqona səfər edəcək. Orada o, Nobel Sülh Mükafatı laureatı və müxalif millət vəkili Anq San Su Kyi ilə ayrıca görüş keçirəcək.

XS
SM
MD
LG