Accessibility links

Obama Birmada Aunq San Su Kyi ilə görüşüb


ABŞ prezidenti Barak Obama Birmanın demokratik lideri Aunq San Su Kyi ilə danışıqlar aparıb. Myanma kimi də tanınan cənub-şərqi Asiya dövlətində 2015-ci ildə keçiriləcək seçkilərdən öncə ölkədəki demokratik islahatların istiqaməti və sürəti barədə müzakirə aparılıb.

Aunq San Su Kyi bu gün mətbuat konfransında bildirib ki, Birmanın islahat prosesi müəyyən maneələrlə üzləşir və nikbinlik arxayınçılığa yol aça bilər. O, ölkənin konstitusiyasını “ədalətsiz, haqsız və anti-demokratik” adlandırıb.

“Mən tam əminəm ki, ABŞ bizi demokratiya yolunda dəstəkləməyə davam edəcək və Birma artıq xalqın idarəsinə uyğun tam funksional demokratiya olanda biz deyə biləcəyik ki, bizim bu səviyyəyə gəlib çatmağımıza kömək edən dostlar sırasında ABŞ ən birinci idi" - deyə demokratiya ldieri bildirib.

Aunq San Su Kyi Birma Parlamentinə 2012-ci ildə seçilib və dəstəkçiləri onun gələn il prezidentliyə namizədliyini irəli sürə bilməsi üçün Konstitusiyaya düzəliş edilməsini istəyirlər.

Birmanın konstitusiyası xarici vətəndaşla yaxın qohumluq əlaqələri olan insanların prezidentliyə namizədliyini qadağan edir. Aunq San Su Kyinin oğulları mərhum ataları kimi Britaniyalıdır. Lakin o, Birmanın əksəriyyətini müsəlmanların təşkil etdiyi Rohinqya azlığına qarşı zorakılıqlara əleyhinə daha sərt ictimai mövqe sərgiləmədiyi üçün də tənqidlə üzləşir.

Cənab Obama jurnalistlərə bildirib ki, Konstitusiyanın insanın ailə üzvlərinə görə prezidentliyə namizədliyini qadağan etməsi çox mənasızdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG