Accessibility links

Obama İranı nüvə məsələsində konkret addımlar atmağa çağırıb


ABŞ prezidenti Barak Obama BMT-nin Baş Assambleyasında çıxışında təhlükələrin qalmasına baxmayaraq, dünyanın beş il bundan əvvəllə müqayisədə daha sabit olduğunu deyib.

Prezident Obama ABŞ lideri kimi qarşısında duran əsas vəzifələrin qlobal iqtisadiyyatın inteqrasiyası və dünyada ən ağır iqtisadi böhrandan sonra bərpa səyləri olduğunu bildirib.

ABŞ-ın xarici siyasət prioritetlərindən danıışan cənab Obama İranın nüvə proqramı, Suriyada böhran, İsrail-Fələstin sülh prosesinə geniş yer verib. Prezident Obama Birləşmiş Ştatları terror hücumundan qorumaq üçün birbaşa hərəkət edəcəyini və Yaxın Şərqdə Amerikanın maraqlarını təmin etmək üçün hərbi güc də daxil olmaqla ABŞ hakimiyyətinin bütün elementlərindən istifadə edəcəyini bildirib.

ABŞ prezidenti Suriyada və başqa yerlərdə kimyəvi silahlardan istifadə edilməsinin nəticələri olacağını qeyd edərək, dünyanın qabiliyyəti məsələsinin ortaya qoyulduğunu deyib.

Bundan öncə BMT-nin Baş Assambleyasının illik sessiyasını açan BMT-nin Baş katibi Ban Ki Mun dünya liderlərinə Suriyaya silah göndərilməsini dayandırmağa çağırıb.

Prezident Obama Birləşmiş Ştatların nüvə proqramı məsələsində İranın şəffaf və konkret addımlar atmasını istədiyini bildirib. O, problemin diplomatik yolla həllinə nail olmaq istədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG