Accessibility links

Barak Obama: “Günahsız insanlara qarşı törədilən hər bir hücum terror aksiyasıdır"


ABŞ prezidenti Boston marafonu zamanı həyata keçirilən hücumu terror aksiyası adlandırıb.

3 adamın ölümü, 170-dən artıq insanın yaralanmasına yol açan bu hadisə ilə bağlı Barak Obama deyib ki, bu, qorxaqlıq nümunəsidir.

“Günahsız insanlara qarşı törədilən hər bir aksiya terrorçuluqdur. Biz bu hücumun kim tərəfindən və nəyə görə həyata keçirildiyini bilmirik. Lakin istintaq davam edir”-deyə ABŞ dövlət başçısı bildirib.

Obama jurnalistlər qarşısına terrorizm və milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə Boston cinayəti ilə bağlı görüşündən sonra çıxıb.

Görüşdə Federal Təhqiqat Bürosunun direktoru Robert Maller, Milli Təhlükəsizlik naziri Canet Napolitano, Ağ Evin terrorçuluqla mübarizə idarəsinin müşaviri Liza Monako və Ağ Evin icra aparatının rəhbəri Denis Makdonou iştirak edib.

Prezident Obama amerikalıları sayıqlığa səsləyərək, hadisə ilə bağlı hər bir məlumatın müvafiq orqanlarla paylaşılmasına çağırıb.

Show comments

XS
SM
MD
LG