Accessibility links

Suriya Böyük 8-lərin sammitinin gündəmində əsas məsələ olacaq [Video]


Prezident Obama Böyük 8-lərin zirvə toplantısında iştirak etmək üçün bazar ertəsi Şimali İralndiyaya səfər edəcək

Böyük Səkkizlərin sammiti adətən iqtisadi zirvə toplantısı sayılsa da, bu il Şimali İrlandiyada keçiriləcək görüşdə müzakirə ediləcək əsas məsələ Suriyada qanlı münaqişə və dünyanın ən nüfuzlu ölkələrinin onu dayandıra bilib-bilməməsi olacaq.
Rusiya prezidenti Vladimir Putin Böyük Səkkizlərin liderləri arasında Suriya prezidenti Bəşar Əl-Əsəd dəstək verən yeganə dövlət başçısıdır. Corc Vaşinqton universitetində Avropa araşdırmaları bölməsinin direktoru Şehrəzad Rəhmanın sözlərinə görə, o, Böyük Səkkizlərin qərar qəbul edilməsi prosesində həlledici rol oynayır

Şəhrəzad Rəhman:”Putin belə görüşləri sevir. O, xüsusilə bu toplantıda diqqət mərkəzindədir. O bilir ki, onsuz Əsədlə sülhə dair heç bir razılaşma əldə etmək mümkün deyil.”

Prezident Obama və prezident Putin Böyük səkkizlərin sammitində təkbətək görüş keçirəcək. Amerika universitetində Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Ceyms Qolgiyer deyir ki, Suriya görüşdə başlıca müzakirə mövzusu olacaq:”Suriya münaqişəsində müxtəlif tərəflərin iştirak edəcəyi beynəlxalq konfransın keçirilməsi səylərinin gücləndirilməsi əlbəttə ki çox yaxşı olardı. Onların buna nail olub-olmayacağı, ya da orada buna mane olan hadisələrin baş verib-verməyəcəni demək çətindir.”

Lakin buna baxmayaraq, Qolgiyer ABŞ və Rusiya prezidentlərinin bəzi məsələlər ətrafında birgə iş apara biləcəyinə inandığını deyir: “Onların hər ikisi əks-terror məsələsinə böyük diqqət göstərir. Hər iki tərəf İranın nüvə silahları istehsal etmədiyinə əmin olmaq istəyir. Onlar Koreya yarımadasında gərginliyin azaldılmasına maraqlıdır.”

Şimali İrlandiyada olduğu müddətdə cənab Obama həmçinin ABŞ və Avropa arasında iş yerlərinin artırılması, tariflər və manelərin aradan qaldırılmasını nəzərdə tutan azad ticarətə dair razılaşmaya dair danışıqlarda tərəqqi əldə edilməsinə çalışacaq.

Prezident Obama həm sammitdə, həm də gələn həftə Berlində Almaniya kansleri Angela Merkellə görüş zamanı ABŞ hökumətinin izləmə proqramı məsələsindən yayına bilməyəcək.

Şəhrəzad Rəhmanın sözlərinə görə, məsələ danışıqlarda bir mürəkkəblik yarada bilər: “Milli Təhlükəsizlik Agentliyi bu proqramı Yaxın Şərqdə kəşfiyyatın izlənməsi üçün hazırlamnışdır. İndi belə görünür, bu, Avropa və xüsusilə Almaniyaya da aid olub. Almaniya ictimaiyyəti bununla bağlı hay-küy qalxıb, əslində haqlı olaraq, çünki onlar ABŞ-ın fundamental vətəndaş hüquqlarını pozduğuna inanır, özü də təkcə ABŞ-ın özündə deyil, Qərbi Avropada da.”

ABŞ prezidenti Barak Obama 2008-ci il prezident seçki kampaniyası zamanı 200 min insan qarşısında çıxış etdiyi kimi bu dəfə də Berlində Brandenburq qapısı önündə nitq söyləyəcək.
XS
SM
MD
LG