Accessibility links

Barak Obamanın 4 trilyonluq büdcə planının 50 milyardı Amerikanın xarici siyasətinin payına düşür


ABŞ prezidentinin 4 trilyonluq büdcə planının 50 milyardı Amerikanın xarici siyasətinin payına düşür.

Barak Obamanın diplomatiya və xarici yardımlar üçün istədiyi bu məsrəf 2016-cı il büdcəsinin bir faizini təşkil edir.

Dövıət katibinin menecment və resurslar üzrə müavini Heter Hiqqinbottomun dediyinə görə, Vaşinqton Amerikanın qlobal liderliyinin saxlanmasını təminat altına almaq istəyir. “Büdcə tələbi ABŞ-ın dünyada təhlükəsizlik, firavanlıq və Amerika xalqının dəyərlərinin qorunub saxlaması məqsədi daşıyır.”

Vaşinqtonun tələb etdiyi xərcin əsas hissəsi diplomatiya və daxili təhlkükəsizlik səylərinə yönəlir. Buraya müttəfiqlər qarşısında öhdəliklərə əməl edilməsi, münaqişələrə yol verilməməsi, silahların yayılmasına mane olunması və sülhməramlı fəaliyyətlər daxildir.

Hiqqinbottomun dediyinə görə, 7 milyard dollarlıq vəsait xarici əməliyyatlar, başqa sözlə milli təhlükəsizlik təlabatının qarşılanması üçündür.

“Bu fond Əfqanıstan, Pakistan və İraqda İslam Dövlətinə qarşı mübarizə, Suriya münaqişəsinin həlli və Ukraynaya dəstək verilməsi üçün ayrılıb.”

Hiqqinbottom bu il tələb olunan büdcənin ötən illə müqayisədə 6 faiz çox olduğunu deyib.

Xarici Əlaqələr Şurasının əməkdaşı Cennifer Harris Dövlət Departamentinin tələb etdiyi vəsaitin Müdafiə Nazirliyinin tələb etdiyi vəsaitdən 10 faiz az olduğunu bildirib. Onun fikrincə, dünyanın üzləşdiyi hazırkı problemlər nəzərə alınsa, bu, kifayət deyil. “ABŞ-ın dünyada üzləşdiyi ən böyük problem hərbi mahiyyət daşımır. Amerikanın onsuz da super dominant olduğu sahəyə əlavə 90 faiz vəsait ayrılması əlverişli bir yatırım deyil.”

ABŞ prezidenti isə Əfqanıstan, Suriya, İraq və regionun zorakılıqların təsiri altında olan digər ölkələrinin probleminin yalnız hərbi yolla həllini qəbul etmir.

Barak Obamanı büdcə planının Konqresdə səsə qoyulması ilə kəskin etirazla üzləşəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG