Accessibility links

Obama 2017-ci il üçün 4 trilyonluq büdcəni Konqresə təqdim edib


ABŞ prezidenti Barak Obama oktyabr ayında başlayacaq yeni büdcə ili üçün 4 trilyon dollardan artıq büdcəni Konrqesə təqdim edib. Respublikaçıların nəzarətində olan Konqres prezidentin hakimiyyətdə son ili onun bir sıra yeni təşəbbüslərini qəbul etməyəcəyinə dair işarələr verib.

Prezident seçki ilində demokrat prezident Demokrat partiyasından nominasiya alacaq namizədin tərəfdarlarının dəstəyini qazanıb, çox güman ki rəqib respublikaçı namizəd tərəfindən qismən rədd ediləcək təkliflərlə çıxış edib.

Son günlər Obamanın 2017-ci il üçün büdcə layihəsinin rəsmən açıqlanmasından öncə Ağ Ev bildirib ki, layihədə Yaxın Şərqdə İslam Dövləti qrupuna qarşı mübarizə səyləri, təmiz enerji nəqliyyat layihələrinin maliyyəşdirilməsi üçün bir barel xam neft üçün 10 dollar məbləğində vergi qoyulması, xərçəng xəstəliyi ilə mübarizə məqsədilə yeni təşəbbüsün maliyyələşdirilməsi və az imkanlı kollec tələbələrinə yardımın artırılması üçün xərclərin artırılması nəzərdə tutulur.

Obama İslam Dövləti qrupuna qarşı mübarizə üçün 7,5 milyard dollar vəsaitin ayrılmasını istəyir. Bu, 45 mindən artıq GPS sistemi vasitəsilə idarə edilən "smart bomba"ların alınması da daxil olmaqla, maliyyə vəsaitinin 50 faiz arıtılması deməkdir.

Büdcə defisiti

Yeni büdcə layihəsi eyni zamanda, keçən il 439 milyard dollar ixtisara düşdükdən sonra ölkənin xroniki büdcə defisitininbir trilyon yarım həddinə çatması deməkdir. Büdcə defisiti Obamanın hakimiyyətdə olduğu yeddi il ərzində ixtisar olaraq, onun ofisdə birinci ili ölkədə 1930-cu illərdən sonra ən ciddi iqtisadi tənəzzül fonunda 1,4 trilyon dollar təşkil etmişdi.

Obamanın neft vergisi təklifi dünya üzrə neftin qiymətinin bir barel üçün 30 dollar düşərək ən aşağı həddə olduğu vaxta təsadüf edir.

"Biz neftin idxal və ixra olan hər bareli üçünvergi tətbiq edəcəyik. Bunun bir hissəsindən əldə edilən gəlirdən nəqliyyat üçün, digər hissəsindən isə gələcəyin enerji mənbələri üçün zəruri olan tədqiqatlar və texnologiyalar üçün istidafə ediləcək"-deyə Obama təkliflərini təqdim edərkən bildirib.

"Biz 10 il, 15 il, 20 il bundan sonra neft ehtiyatları yenə azalanda və qiymətlər yenə də qalxmağa başlayanda daha güclü mövqedə olacağıq"-deyə prezident Obama bildirib.

Respublikaçıların etirazı

Respublikaçıların nəzarət etdiyi Konqresdə hökumətin xərcləri ilə bağlı plan və bundan əvvəlki illər zəngin amerikalılara daha yüksək vergilərin tətbiq edilməsi və böyük banklar üçün yeni rüsümlar haqda çağırışlar rədd edildiyi kimi neftə yeni vergiyə də etiraz edilir.

Respublikaçı qanunvericilər artıq qeyri-adi addım ataraq, Ağ Evin büdcə direktoru Son Donovanı 2017-ci il büdcəsi ilə bağlı Konqres qarşısında ifadə verməyə dəvət etməyiblər.

Ağ Evin sözçüsü Coş Ernest Respublikaçı qanunvericiləri Respublikaçılar partiyasından prezidentliyə namizədlər arasında irəlidə gedən Donald Trampın keçən ay prezidentliyə namizədlərin debatında iştirakdan imtina etməsinə işarə edərək, büdcə məsələsində Trampsayağı yanaşma tərzi göstərməkdə ittiham edib.

Konqresin Büdcə Komitəsinin sədri konqresmen Tom Prays deyib ki, respublikaçılar administrasiyanın demək olar əvvəlki büdcə planlarına oxşar layihəyə vaxt sərf etməkdənsə öz büdcə layihələrini hazırlayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG