Accessibility links

Prezident Obama 2012-cü il üçün dövlət büdcəsini Konqresə təqdim edir


Prezident Obama 2012-cü il üçün dövlət büdcəsini Konqresə təqdim edir
Prezident Obama 2012-cü il üçün dövlət büdcəsini Konqresə təqdim edir

ABŞ prezidenti Barak Obama varlı amerikalılar və böyük şirkətlər üçün yüksək vergilər, eyni zamanda hökumət xərclərinin azaldılması təklif edilən 2012-cü il üçün 3,8 trilyonluq dövlət büdcəsini Konqresə təqdim edib. Cənab Obama bazar ertəsi büdcə ilə bağlı təkliflərini açıqlayıb.

Kollec tələbələri qarşısında danışan cənab Obama gənclərin yaxşı iş tapması üçün onların texniki vərdişlərə yiyələnməsinə kömək məqsədilə təhsil sahəsinə maliyyə vəsaitinin ayırılmasına çalışdığını deyib. O deyib ki, büdcə qısa müddətdə iqtisadiyyatın stimullaşdırılması və federal defisitin gələn 10 ərzində 4 trilyon dollar azaldılmasını nəzərdə tutur.

Büdcə ABŞ-da prezident və konqres seçkilərindən bir ay [nc' əvvəl oktyabr ayında başlayacaq 2013-cü maliyyə ilini əhatə edir. Büdcənin qüvvəyə minməsi üçün o, Konqres tərəfindən təsdiq edilməlidir.

Respublikaçılar partiyası cənab Obamanın büdcə təkliflərini kəskin tənqid edib.

XS
SM
MD
LG