Accessibility links

ABŞ prezidenti federal agentlikləri 2015-ci ildə maliyyələşdirəcək 1.1 trillionluq büdcə planına imza atıb.

Plandan yalnız maliyyələşdirmə fondu fevral ayında tükənəcək Daxili Təhlükəsizlik Nazirliyi istisna edilib.

Respublikaçı liderlər bu nazirliyin maliyyələşdirilməsinə məhdudiyyətlər tətbiq etmək və beləliklə Barak Obamanı sənədsiz mühacirlərin departasiyasına mane olan prezident sərəncamının ləğvinə məcbur etmək istəyirlər.

ABŞ dövlət başçısı büdcə planındakı şərtlərlə razılaşmadığını deyib. Lakin o, sənədin sağlamlıq sığortası, iqlim dəyişikliyi, azyaşlı uşaqların təhsili və iş yerlərinin artırılmasını nəzərdə tutduğunu bildirib.

Plan bundan əlavə bir il əvvəl baş verən hökumətin bağlanmasına da yol verməyəcək.

XS
SM
MD
LG