Accessibility links

Prezident Obama və keçmiş prezident Buş könüllülərin işinin əhəmiyyətini vurğulayıb


ABŞ -ın keçmiş prezidenti Corc Herbert Buş 1989-cu ildə yaradılmış könüllülər təşkilatının üzvlərinin mükafatlandırılmasında iştirak etmək üçün Ağ Evd olub. Birləşmiş Ştatların 41-ci prezidenti kimi tanınan Corc Buş və prezident Barak Obama qlobal səviyyədə aclıq probleminin aradan qaldırlıması səylərində iştirak edən könüllülərə mükafatlar təqdim edib.

Corc Herbert Buş Obamanın prezidentliyi dövrü Ağ Evdə keçən il və 2011-ci ildə ictimai fəaliyyətinə görə Azadlıq medalı ilə təltif edildiyi zaman olmuşdu.
1989-cu ildə ABŞ-ın 41-ci prezidenti seçilən Corc Herbert Buş könüllülər xidmətini genişləndirmək arzusunu gerçəkləşdirərək, İşıq Fondu yaratmışdı.

Keçmiş prezident və onun xanımı Barbaba Buş Ağ Evdə prezident Obama ilə bərabər İşıq Fondunun könüllülərinə mükafatlar təqdim ediblər.
Ayova ştatında yaşayan Floyd Hammer və onun həyat yoldaşı Keti Hamilton

Tanzaniyada QİÇS-lə mübarizə kampaniyasını genişləndirərək, dünyada aclıq çəkən uşaqlara pulsuz yemək çatdırmaqla məşğul olmaya başlayıb.

Prezident Obama Ağ Evdə mərasim zamanı onların işinə yüksək qiymət verib: “ABŞ-da və dünyanın 15-dən çox ölkəsində uşaqlar pulsuz yeməklə təmin edilir. İndiyə qədər 233 milyon insana pulsuz yemək verilib. Onların bu uşaqların çoxunun sağlam və güclü böyüdüyünü görüb. Onlar deyir ki, bu iş onlar üçün ən böyük mükafatdır. Onu da deyim ki, Mişellə Tanzaniyada olduğuuz zaman biz bu işin nə qədər əhəmiyyətli olduğunu və insanların həyatını necə dəyişdiyini görüdük.”

ABŞ-ın 44-cü prezidenti Barak Obama və 41-ci prezident Corc Buş sonuncu dəfə aprel ayında Texas ştatının Dallas şəhərində Corc Buş oğulun prezident kitabxanasının açılışında görüşmüşdülər.

Prezident Obama keçmiş prezidentin insanlara xidmət göstərmək ənənəsini gücləndirdiyinə yüksək qiymət verərək, ilk dəfə olaraq Ağ Evdə könüllülərin işinə həsr edilmiş ofis yaradılması haqda sərəncam verib. “Bu və başqa proqramlar sayəsində və prezident Buş kimi liderlərin arsuzu və başqa vətəndaşların da illər ərzində eyni istəkləri bölüşməsi sayəsində könüllü iş bəzi insanların arada bir gördüyü iş deyil, çoxlarının həyatının bir hissəsinə çevrilib”-deyə prezident Obama bildirib.

Keçmiş prezident Corc Buş cənab Obama v' birinci xanım Mişel Obamaya qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Prezident Obama könüllülərin işini prezidentliyinin əsas mövzularından birinə çevrilib. O, cənab Buşun könüllülərin işinə verdiyi diqqətdən ilham aldığını deyib.
XS
SM
MD
LG