Accessibility links

Obama çevriliş cəhdinin araşdırılmasında Türkiyəyə yardım təklif edib


ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ötən həftə baş vermiş hərbi çevriliş cəhdinin araşdırılması ilə bağlı yardım təklif edib.

Ağ Evin verdiyi məlumata əsasən, Ankarada baş verən dövlət çevrilişi cəhdindən dörd gün sonra çərşənbə axşamı Obama və Ərdoğan arasında telefon danışığı baş tutub. Obama aydın şəkildə ABŞ-ın araşdırma ilə bağlı “müvafiq yardımı təmin edəcəyini” deyib.

Fətullah Gülənin ekstradisiyası ilə bağlı qərarın Ankara və Vaşinqton arasında mövcud olan uzunmüddətli əməkdaşlıq münasibətlərinə uyğun olaraq veriləcəyi bildirilib

İki prezident, həmçinin Türkiyənin müsəlman din xadimi Fətullah Gülənin ekstradisiya ilə bağlı tələbini müzakirə edib. Ağ Ev sözçüsü ABŞ-ın Gülənin ekstradisiyası ilə bağlı mövqeyinin detallarını açıqlamasa da qərarın Ankara və Vaşinqton arasında mövcud olan uzunmüddətli əməkdaşlıq münasibətlərinə uyğun olaraq veriləcəyini bildirib.

Ağ Evdən verilən məlumata əsasən, telefon danışığı zamanı Obama dövlət çevrilişinə cəhdi qınadığını və hadisə ilə bağlı araşdırma və istintaqın ictimai etimadı zədələməyərək, demokratik qaydada və hüquqi prinsiplərə uyğun aparılmasının vacibliyini vurğulayıb.

Çərşənbə axşamı Türkiyə hökuməti çevrilişə cəhdə aidiyyatının olmasında şübhəli olan müəllimlər və dövlət qulluqçularını vəzifədən kənarlaşdırıb. Hökumət 26 mindən artıq insanı işdən azad edib. Onların 15200 nəfəri ölkə daxilində müxtəlif bölgələrdə fəaliyyət göstərən müəllimlərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG