Accessibility links

ABŞ prezidenti Barak Obama Ağ Evdə Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama Ağ Evdə Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb

ABŞ prezidenti Barak Obama Ağ Evdə Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb

ABŞ prezidenti Barak Obama Çinin etirazlarına baxmayaraq, bu gün Ağ Evdə Dalay Lama ilə görüşüb. Ağ Ev görüş haqda Tibetin ruhani liderinin paytaxt Vaşinqtona iki həftə sürən səfərinin sonunda açıqlama verib. Ağ Ev bildirib ki, cənab Obama Dalay Lamanın təmsilçiləri və Çin hökuməti arasında fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində dialoqa öz dəstəyini nümayiş etdirmək istəyir. Nobel sülh mükafatının iki laureatı arasında görüş qapalı keçib və danışıqların detalları haqda hələ məlumat verilməyib. Çin prezident Obamanı Dalay Lamanı Ağ Evə dəvət etməməyə çağırıb. Xarici İşlər nazirinin sözçüsü Honq Lei bəyanatında Ağ Evi Çinin daxili işlərinə müdaxilə etməməyə və Çin-ABŞ münasibətlərinə zərər vurmamağa çağırıb.

XS
SM
MD
LG