Accessibility links

Çinin etirazlarına baxmayaraq, ABŞ prezidenti Barak Obama çərşənbə günü Ağ Evdə Tibetin dini lideri Dalay Lama ilə görüşüb.

Prezident Obama ilə Dalay Lama arasında keçirilən dördüncü görüşün baş tutduğu Ağ Evin Xəritə Otağına heç bir video kamera və ya müxbir buraxılmayıb.

Daha sonra Ağ Ev iki liderin qucaqlaşdığı yerdə şəklini paylaşıb.

Çin Obamaya separatçı kimi tanıdığı Dalay Lama ilə görüşməməsi barədə xəbərdarlıq etmişdi.

Dalay Lama 1959-cu ildə Çin hökümətinə qarşı üsyanın uğursuz başa çatması ilə Tibetdən Hindistana mühacirət edib. O, Tibetin muxtariyyəti üçün “orta yolu” tapmağı təbliğ edir.

Ancaq Dalay Lama və Çinin mərkəzi höküməti arasında dialoq 2010-cu ildə dayandırılıb.

Ağ Ev yaydığı bəyanatda prezident Obamanın Dalay Lamanın “Orta yol” yanaşmasını, eləcə də Tibetin “unikal dini, mədəni və dil ənənələrini, eləcə də tibetlilərin insan haqları ilə təmin olunmasını” dəstəklədiyi bildirilib.

XS
SM
MD
LG