Accessibility links

Obama ABŞ-da iki dəniz qoruğunun yaradıldığını elan edib


Çilidə beynəlxalq ekologiya konfransının açılışı zamanı vido müraciətlə çıxış edən ABŞ prezidenti Barak Obama Merilend və Viskonsin ştatlarında iki dəniz qoruğunun yaradıldığını elan edib.

Çilinin Valparasio şəhərində keçirilən iki günlük Bizim Okean 2015 sammitində digər ölkələrində eyni addımı atacağı gözlənilir. Bazar ertəsi günü işə başlayan konfransda ABŞ-ı dövlət katibi Con Kerri təmsil edir.

“Birləşmiş Ştatlar karbol tullantılarının qarşısının alınması və bizim sularımızın mühafizəzi üçün ciddi addımlar atır”-deyə cənab Obama video müraciətində bildirib. O, Havay adaları və İndoneziyada boya-baş çatdığını qeyd edərək, “okeanlara böyük sevgi” bəslədiyini deyib.

ABŞ həm tarixi, həm də ekoloji əhəmiyyətə malik ilk dəniz qoruqlarının yaradılması planlarını10 ildən artıqdır inkilşaf etdirir. Bu qoruqlardan biri Merilend ştatında dəniz heyvanları ilə zəngin Çesapik Körfəzidir (Chesapeake Bay). Digər dəniz qoruğu isə dünyanın ən böyük təbii su sisteminə malik Böyük Göllərdən biri olan Miçiqan gölündə yaradılıb.

Obama öz video mesajında habelə dünyada qeyri-qanuni və tənzimləməyən balıq ticarətinin qarşısının alınması məqsədilə Dəniz Skautları adlanan planı da açıqlayıb. Planda “balıq ticarəti ilə məşğul inkişaf etməkdə olan ölkələrə öz sularında qeyri-qanuni balıq ovunun qarşısını almaqda kömək məqsədilə yeni tərəfdaşlıq münasibətləri” nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG