Accessibility links

Barak Obama : Din azadlığının təbliği ABŞ-ın xarici siyasətinin ayrılmaz hissəsidir


ABŞ prezidenti din azadlığının Amerika üçün mühüm olduğunu, milli təhlükəsizliyin və xaricdə din azadlığının təbliğinin ölkəsinin xarici siyasətinin ayrılmaz hissəsi olduğunu deyib.

Bu gün Vaşinqtonda Milli Dua səhər yeməyi zamanı Barak Obama bildirib ki, etiqadına görə başqasına ziyan vuran hər bir şəxs Allahla arasındakı münasibətlərə ziyan vurur. "Dini zəmində zorakılıqlara əl atan hökumətlər var. Dini bəhanə gətirib, olduqları və necə ibadət etdiklərinə görə nifrəti yayanlar var."



ABŞ dövlət başçısı auditoriyadan dini etiqadlarına görə Şimali Koreyada Kennet Bae, İranda Səid Abedini kimi həbsdə olanlara dua etməyə çağırıb.

Senat və Nümayəndələr Palatasının üzvlərinin ev sahibliyi etdiyi mərasimdə birinci xanım Mişel Obama və ABŞ-ın vitse-prezidenti Co Bayden də iştirak edib.


Milli Dua səhər yeməyi ənənəsinin təməli 1953-cü ildə qoyulub.
XS
SM
MD
LG