Accessibility links

Ağ Evin sözçüsünün bildirdiyinə görə, prezident Barak Obama Filippin prezidenti Rodriqo Duterte regional sammitdə təmas quracaq. Daha əvvəl ABŞ dövlət başçısı Duterte ilə birbaşa görüş planını ləğv etmişdi.

İki lider Laosda keçirilən ASEAN sammitində görüşməyi planlaşdırsa da, Filippin prezidenti Obamaya nalayiq sözlər deyəndən sonra görüş təxirə salınmışdı.O, ABŞ prezidentinə ölkəsində narkotik qaçaqmalçılarına qarşı zorakı basqılarla bağlı ona dərs keçməmək barədə xəbərdarlıq etmişdi.

Duterte həftənin əvvəlində açıqladığı bəyanatda Obamaya qarşı təhqiramiz ifadələrinə görə təəssüf hissi keçirdiyini bildirib.

Duterte bu ilin iyun ayında prezident səlahiyyətlərinin icrasına başlayandan bəri zorakı basqılar nəticəsində 2000-dən çox insan öldürülüb.

Prezidentlik kampaniyasında qeyri-qanuni narkotik fəaliyyətlərinə son qoyacağını vəd edən Duterte ölüm hallarını müdafiə edərək bildirib ki, o, onu prezident seçlərin istəklərini həyata keçirir. Ölüm halları beynəlxalq insanlar haqları təşkilatlarının sərt tənqidlərinə məruz qalıb.

XS
SM
MD
LG