Accessibility links

Prezident Obama ABŞ-da Ebola epidemiyası riskinin aşağı olduğunu deyib


ABŞ prezidenti Barak Obama deyib ki, xəstəlikdən qorunmaq üçün bütün lazımi tədbirlərin görüldüyü halda, Ebola virusunun Birləşmiş Ştatlarda yayılması riski olduqca aşağıdır.

Kabinet üzvləri ilə keçirdiyi iclasda cənab Obama Ebola xəstəliyi diaqnozunun qoyulduğu hər bir xəstəxanaya preventiv tədbirlərin görülməsi üçün həkimlərdən ibarət xüsusi qrupun göndərilməsinə çağırıb.

“Biz əmin olmalıyıq ki, belə bir şey bir də təkrar olmasın. Vəziyyəti monitorinq edirik, izləyirik, eyni zamanda Dallasda baş verənləri nəzərdən keçiririk və bundan alınan nəticələrin ölkə boyu bütün xəstəxanalar və klinikalara ötürülməsini təmin edirik”-deyə prezident Obama bildirib.

Cənab Obama planlaşdırdığı səfərini təxirə salaraq, Ağ Evdə Ebola xəstəliyi ilə əlaqədar kabinet üzvlərinin təcili iclasını keçirib. Ağ Evdə görüş Ebola virusuna yoluxmuş ikinci tibb işçisinin xəstəliyin simptomlarının üzə çıxmasından öncə Birləşmiş Ştatlar daxilində təyyarə ilə uçduğu haqda məlumat verildikdən sonra baş verib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Amber Vinsonun Ohayo ştatında Klivlend şəhərindən Frontier hava yolları şirkətinin təyyarəsi ilə Texasda Dallas hava limanına uçduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG