Accessibility links

ABŞ prezidenti gələn ay Efiopiyaya səfər edəcək. Barak Obama Afrika Birliyinin baş qərargahının yerləşdiyi o ölkəyə ilk Amerika lideri kimi getməlidir.

Ağ Evin bildirdiyinə görə, prezidentin Efiopiya səfəri Keniyadan sonra həyəta keçiriləcək. Efiopiyada ABŞ dövlət başçısı hökumət rəsmiləri və Avropa Birliyinin liderləri ilə görüşlər keçirəcək.

Atasının vətəni Keniya da Barak Obamanın prezident kimi ilk səfəri olacaq. O, daha əvvəl Keniyanı ABŞ sentoru ikən ziyarət etmişdi.

Prezident 2015-Qlobal Sahibkarlıq Sammitinə qatılacaq.

Ağ Evin mətbuat katibi Coş Ernestin bildirdiyinə görə, prezidentin səfəri iqtisadi artım, demokratik təsisatlar və həyat standartlarının artırılması məqsədi daşıyır.

Obama daha əvvəl Qana, Seneqal,Tanzaniya və Cənubi Afrika Respublikasında səfərdə olub.

Ötən avqust ayında Ağ Ev ABŞ-ın qitə ilə əlaqələrinin möhkəmləndirilmsi məqsədi ilə Afrika liderlərinin iştirak etdiyi Vaşiqnton sammitinə ev sahibliyi etmişdi.

XS
SM
MD
LG