Accessibility links

Obama: ABŞ Əfqanıstanda 8400 nəfərlik əsgəri qüvvə saxlayacaq


ABŞ prezidenti Barak Obama, Müdafiə naziri Eş Karter (solda) və Birgə Qərargahlar rəisi, general Cozef Danford (sağda) Ağ Evdə

ABŞ prezidenti Barak Obama, Müdafiə naziri Eş Karter (solda) və Birgə Qərargahlar rəisi, general Cozef Danford (sağda) Ağ Evdə

ABŞ prezidenti Barak Obama gələn il Əfqanıstanda 8400 nəfərlik əsgəri qüvvənin saxlanılması ilə bağlı planı açıqlayıb.

Obama administrasiyası 2016-cı ilin sonuna qədər ölkədə ABŞ əsgərlərinin sayının 9800-dən 5000-ə qədər azaldılmasını nəzərdə tuturdu. Lakin Obama deyib ki, Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət hələ də qeyri-sabit olaraq qalır və o, administrasiyasının hakimiyyətdə müddəti başa çatdığı dövrdə nəzərdə tutulduğundan daha çox sayda əsgəri qüvvənin saxlanması haqda qərar verib.

“Taliban təhlükə olaraq qalır. Onlar bəzi hallarda üstünlük əldə edib, hücumlar və əsas etibarilə Kabildə intiharçı bomab hücumları keçirib. Taliban mülki vətəndaşları hədəf aldığı üçün daha çox əfqan kişi, qadın və uşaq həyatını itirir və onlar qlobal qaçqın böhranına onlar çox vaxt unudulur”-deyə prezident Obama bildirib.

ABŞ-ın Əfqanıstanda hərbi missiyası iki istiqamətdə iş aparır. Buraya Talibana qarşı mübarizə aparan Əfqanıstan hərbi qüvvələrinə yardım göstərilməsi və təlim verilməsi, eləcə də Əl-Qaidə ilə əlaqəsi olan ekstremistlər və ölkədə kök salmağa cəhd edən İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsi daxildir.

“Qabiliyyətinin yaxşılaşmasına baxmayaraq, Əfqanıstan hərbi qüvvələri hələ də lazım olduğu qədər güclü deyil”-deyə prezident Obama bildirib.

Obama deyib ki, o, Əfqanıstanda daha çox əsgəri qüvvə saxlanılması haqda qərarı ABŞ hərbi qüvvələrinin Əfqanıstanda yeni komandiri, ordu generalı Con Nikolson, ABŞ Müdafiə naziri Eş Karter, eləcə də hərbi və kəşfiyyat orqanlarının rəsmiləri ilə məsləhətləşmələrdən sonra verib.

Prezidentin bildirdiyinə görə, o gələn həftə Polşada NATO-nun Varşava sammitində koalisiya qüvvələrinin Əfqanıstana daha çox dəstəyinə nail olmağa çalışacaq.

Obama bildirib ki, Əfqanıstanda daha çox əsgəri qüvvənin saxlanması o hakimiyyətdən getdikdən sonra ABŞ-ın növbəti prezidentinə uzun zamandır sürən münaqişənin həllinin ən yaxşı yollarını tapmaq imkanları verəcək.

Obamanın sözlərinə görə, əsgəri qüvvənin sayı ilə bağlı qərarın verilməsi Talibana ABŞ-ın və beynəlxalq ictimaiyyətin Əfqanıstanla bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığına dair mesaj göndərir.

XS
SM
MD
LG