Accessibility links

Prezident Obama baş nazir Ərdoğana zəng edib

ABŞ prezidenti Barak Obama və Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Türkiyədə son həftələr davam edən etiraz nümayişlərini müzakirə ediblər. Bu haqda Ağ Ev açıqlama verib. May ayında Türkiyədə nümayişlər başlayandan bu, ABŞ lideri və baş nazir arasında ilk telefon söhbəti olub.

Ağ Evin açıqladığı bəyanatda iki liderin zorakılığa yol verilməməsi, eyni zamanda, ifadə azadlığı, azad toplaşmaq hüququ və mətbuat azadlığının əhəmiyyətini vurğuladığı deyilir.

Birləşmiş Ştatlar Türkiyədə nümayişlərin dağıdılması ilə bağlı dəfələrlə narahatlığın; ifadə edib. Lakin cənab Obama ilə cənab Ərdoğan arasında iğtişaşlardan başlayandan bəri ilk telefon söhbəti zamanı iki lider məsələni birbaşa müzakirə edib. Ağ Evin açıqlamasında baş nazir Ərdoğanın cənab Obamanı Türkiyədə hazırkı vəziyyətlə bağlı məlumatlandırdığı deyilir.

ABŞ prezidenti və Türkiyənin baş naziri həmçinin Suriyada rejimin xalqa qarşı kimyəvi silahlardan istifadə etməsi də daxil olmaqla vəziyyəti müzakirə ediblər. Cənab Obama və cənab Ərdoğan Suriya ilə bağlı böhranın siyasi həlli səylərinə sadiq qaldıqlarını və müxalifət qüvvələrinin effektivliliyinə nail olmaq üçün onlara dəstəyin vacibliyini vurğulayıblar.
XS
SM
MD
LG