Accessibility links

Ərdoğanla görüşündə Obama Türkiyənin təhlükəsizliyinə öhdəliyi vurğulayıb


Cümə axşamı ABŞ prezidenti Barak Obama türkiyəli həmkarını İslam Dövlətinə qarşı mübarizədə Amerikanın mühüm müttəfiqi olan Türkiyənin təhlükəsizliyi ilə bağlı öhdəliyə sadiq qaldığını vurğulayıb.

Brukinqs İnstitutu önündə qarşıdurma

Brukinqs İnstitutu önündə qarşıdurma

Ağ Evin verdiyi məlumata görə, cümə axşamı Vaşinqtonda keçirilən nüvə sammiti çərçivəsində Prezident Obama və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İŞİD ekstremistlərinə qarşı strategiyaları müzakirə edib.

Obama həmçinin bir gün öncə Diyarbəkirdə yeddi polis zabitinin ölümü, 27 insanın yaralanması ilə nəticələnən terror hücumuna görə Ərdoğana başsağlığı verib.

Birləşmiş Ştatlar dünyanın hər bir ölkəsində mətbuat azadlığı və müstəqil medianı dəstəkləyir.

Bundan əvvəl Ərdoğanla ABŞ vitse-prezidenti Co Bayden görüşüb. Türkiyə rəsmiləri iki tərəfin Suriyanın kürd YPG yarı-hərbi dəstələri üzərində fikir ayırlıqlarının olması ilə bağlı məyusluqlarını dilə gətirib.

YPG Suriyanın qüdrətli Kürd Demokratik İttifaq Partiyasının (PYD) silahlı qoludur. ABŞ PYD-nı şimali Suriyada İslam Dövləti terrorçularına qarşı müarizədə effektiv vuruşan tərəf kimi görür. Lakin Türkiyə PYD-nin Türkiyənin cənub-şərqində muxtariyyət qurmaq uğrunda mübarizə aparan militant solçu PKK-nı dəstəklədiyini iddia edir. Ankara PKK-nı terrorçu qrup hesab edir.

İki liderin görüşündən sonra Ərdoğanın çıxış etməyi planlaşdırdığı Brukinqs İntitutunun önündə etirazçılar və Türkiyə təhlükəsizlik xidməti arasında qarşıdurma yaşanıb.

Mətbuatın yazdığına görə, Türkiyə təhlükəsizlik xidməti bir jurnalisti tədbirdən qovub, mühafizəçi isə digər jurnalisti vurub.

Türkiyə prezidenti R.T. Ərdoğanın tərəfdarları

Türkiyə prezidenti R.T. Ərdoğanın tərəfdarları

“Birləşmiş Ştatlar dünyanın hər bir ölkəsində mətbuat azadlığı və müstəqil medianı dəstəkləyir,” deyə Obamanın milli təhlükəsizlik müşavirinin müavini Ben Rouds bildirib.

Bayden bu ilin əvvəlində Türkiyəyə səfər edib və orada ifadə azadlığının qarşısını aldıqlarına görə ölkə rəhbərlərini qınayıb. O, Türkiyə hökümətinin jurnalistləri həbs edərək, hökümətin kürdlərin əksəriyyət təşkil etdiyi cənub-şərqi Türkiyə hərbi kampaniyalar həyata keçirməsini tənqid edən alimlərə qarşı istintaq başlatmasının “düzgün nümünə olmadığını” deyib.

XS
SM
MD
LG