Accessibility links

ABŞ prezidenti 7 ildən sonra ev bazarlarında vəziyyətin düzəldiyini bildirsə də, insanların pula qənaət etməklə, evlərini saxlaya bilmələri sahəsində görüləcək çox iş olduğunu deyib.

Həftəlik radio müraciəti zamanı Barak Obama ev satışlarının artdığını, ödəmələrin gecikdirilməsi səbəbi ilə evlərin banklar tərəfindən mənimsənilməsi hallarının azaldığını, 1.7 milyon ailənin ipotekalarını ödəməyə qadir olduğunu bildirib.

ABŞ dövlət başçısı onun planının 2 milyondan artıq insanın yenidən maliyyələşdirmə ilə təmin edilməsinə və ailələrin ildə 3 min dollar qənaət etməsinə yardım etdiyini vurğulayıb.

Barak Obama Konqresi ABŞ-ın Federal Mənzil Agentliyinin rəhbəri vəzifəsinə nominasiya etdiyi Şimali Karolinadan qanunverici Mell Vattun təsdiq edilməsinə çağırıb.
XS
SM
MD
LG