Accessibility links

ABŞ prezidenti Barak Obama son 50 ildə ən ağır quraqlıqla üzləşən fermerlər və ranço sahiblərinə yardım vəd edib. Həftəlik radio müraciəti zamanı prezident deyib ki, bu il qarğıdalı tədarükü olduqca zəifdir və fermerlər mal-qaralarını yemlə təmin etməkdə çətinlik çəkir.

ABŞ dövlət başçısı administrasiyasının fermerlərin aşağı faizli kreditlərlə təmin edəcəyini bildirib. O, mal-qaranın su ilə təmin edilməsi üçün 30 milyon dollarlıq vəsait ayrılacağını deyib.

Prezident Konqresə müraciət edərək, fermerlərin fəlakətinin aradan qaldırılmasına çağırıb.
XS
SM
MD
LG