Accessibility links

Obama Miçiqan ştatına səfər edib


ABŞ prezidenti Barak Obama şəhərdə aylardır çirkli su probleminin federal və ştat səviyyəsində həlli səyləri il tanış olmaq məqsədilə Miçiqan ştatının Flint şəhərini ziyarət edir.

Flint şəhərində su böhranı 2014-cü ildə şəhər rəsmilərinin büdcəyə qənaət etmək üçün suyu yaxınlıqdakı Detroit şəhərinin su sistemi deyil, yerli çaydan götürmək haqda qərar verdiyi vaxtdan başlayıb.

Bir neçə aydan sonra məlum olmuşdu ki, mühəndislər şəhərin köhnə borularındakı qurğuşunun suyu zəhərləməməsi üçün Flint çayının çirkli suyunu düzgün təmizləyib. Narahatlıqlar şəhər sakinlərinin 18 ay müddətində çirkli sudan istifadə etdiyi haqda məlumatlandırılmadığı öyrənildikdə daha da artmışdı.

Flint şəhərinin təxminən 100 min sakini böhran başlayandan içməli və istifadə üçün yararlı sudan məhrum olub.

Miçiqan ştatının qubernatoru Rik Şnayder sakinlər, yerli və federal hökumət rəsmiləri, habelə vətəndaş hüquqları müdafiəçilərinin kəskin tənqidlərilə qarşılaşıb.

Miçiqan ştatının üç rəsmisinə qarşı keçən ay böhranla əlaqədar məhkəmədə ittihamlar irəli sürülüb. Miçiqan ştatının baş hakimi Bill Şuet daha bir neçə şəxsin məsuliyyətə cəlb oluna biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Prezidentin ştata səfəri ABŞ senatorlarının şəhərin su borularını və infrastrukturu yaxşılaşdırmaq üçün 170 miliyon dollar yardım ayrılması haqda qərarından səkkiz gün sonraya təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG