Accessibility links

Prezident Obamanın xarici siyasəti ilə bağlı fikirləri


Populyarlıq reytinqinin yenidən artmağa başladığı, iqtisadiyyatda irəliləyişlərin olduğu və işsizlik səviyyəsinin aşağı düşdüyü bir vaxt prezident Barak Obama daxili məslələrə daha çox diqqət yetirməyə başlamışdı. Lakin təhlilçilərin dediyinə görə, Parisdəki terror hücumları və amerikalıların ekstemistlərlə bağlı narahatlıqları prezidenti xarici siyasəti ilə bağlı fikirlərini söyləməyə məcbur etdi.

Bir az əvvəl prezident Obama Birləşmiş Ştatlar boyu gəzərək, yerlərdəki nailiyyətləri nəzərdən keçirir, özünün ölkədəki nailiyyətləri - işsizliyin azalması, mənzil məsələsi və kiber-təhlükəsizlik və təhsildəki naiyliiyyətlər barədə illik hesabat məruzəsi etməyə hazırlaşırdi.

Lakin Fransada baş verən terror hücumu prezidentə ekstemistlərə qarşı mübarizənin başa çatmasına hələ çox qaldığını və bunun qlobal problem olduğunu bir daha xatırlatdı.

“Dünya terrorçuları Paris küçələrində bir daha gördü. Onlar insana nifrət və əzabdan başqa bir şey verə bilmir. Biz insanlıq üçün azadlıq və ümidin arxasındayıq. Paris bütün dünyada bu dəyərlərin rəmzi kimi tanınır” deyə, cənab Obama bildirir.

2014-cü ildə prezident Obama bomba hücumlarına başladı və İslam Dövləti yaraqlılarını məhv etmək məqsədilə ABŞ hərbi qüvvələrini bölgəyə göndərdi. Lakin onu da dedi ki, bu mübarizə uzun illər çəkəcək.

Bütün bunlarla yanaşı prezident İranın nüvə silahından da söz açmaq istəyəcək. Prezident Obamanın xarici məsələlər üzrə məsləhətçisi, təhlilçi Larri Korb prezidentin xarici siyasətdən çox diqqətini daxili məsələlərə yönəltdiyini deyir. “O, bu məsələlərə də toxunacaq. Lakin mənim fikrimcə biz öz evimizdə güclü olmalıyıq ki, dünyaya da yardım edə bilək.”

Rusiya ilə münasibətlər bu ölkənin Ukraynaya təcavüzündən sonra pisləşib. Lakin administrasiya iki ölkə arasında münasibətlərin bərbad olduğunu düşünmür və bu məsələyə diqqət o qədər dərin olmayacaq. Bunu ələlxüsus çərşənbə günü rus kosmonavtların Beynəlxalq Fəza Stansiyasında ABŞ kosmonavtlarına yardım etməsindən sonra demək olar.

“Rusiyalıların Ukraynada törətdiklərindən hamı narazıdır. Bizim kosmonavtları fəzaya kim çıxardı - ruslar. Ruslar bizə lazımdır. Ruslar bizə Əfqanıstandan çıxanda yardım etdi. İndi siz onların Ukraynada olmalarından narazısınız, lakin bu o demək deyil ki, biz anti-Rusiya strategiyasına əl atacağıq. Xeyr, ruslar bizə lazımdır, bir onlarla çox sahədə bir yerdə işləyirik.” deyə, Larri Korb bildirir.

Cənab Obamanın xarici siyasətindəki nailiyyətlər arasında Çinlə iqlim dəyişikliyi razılığı və Ebola virusu ilə mübarizə üçün Qərbi Afrikaya yüzlərlə ABŞ əsgəri göndərməsi də var.

XS
SM
MD
LG