Accessibility links

Prezident Obama əfqan siyasətində dəyişiklik etməyəcək


Prezident Obama əfqan siyasətində dəyişiklik etməyəcək

Prezident Obama əfqan siyasətində dəyişiklik etməyəcək

ABŞ prezidenti Barak Obama Konqres rəhbərliyinə bildirib ki, o, Əfqanıstandakı müharibə strategiyasına dəyişikliklər etmək istəmir. Sentyabrın 30-u tarixli məktubunda prezidenti bildirib ki, onun administrasiyası ötən dekabrda açıqladığı siyasəti davam etdirəcək. O vaxt prezident Obama Əfqanıstana əlavə 30 min qoşun göndərmək barədə fərman vermişdi. Həmin strategiyaya əsasən ABŞ qüvvələri 2011-ci ilin iyulunda ölkədən çıxmağa başlamalıdır. Cənab Obama deyib ki, ABŞ ordu generalı Devid Petreasın koalisiya qüvvələrinə rəhbər təyin edilməsindən əlavə başqa bir ölçüyə lüzum görmür. Ağ Ev cənab Obamanın Əfqanıstan prezidenti Həmid Karzayla telefonda danışdığını bildirib. Söhbət zamanı Əfqanıstandakı parlament seçkiləri və ABŞ-Əfqan münasibətləri müzakirə olunub.

XS
SM
MD
LG