Accessibility links

ABŞ prezidenti Fransanın dövlət başçısı Fransua Ollanda şam ziyafəti verib


ABŞ prezidenti Barak Obama Fransa prezidenti Fransua Ollanda şam ziyafəti verib. Ziyafətdə biznes liderləri, siyasətçilər və Hollivud ulduzları da iştirak edib.

Cənab Obama və Birləşmiş Ştatların birinci xanımı Mişel Obama cənab Ollandı Ağ Evdə qarşılayıb. Daha sonra onlar Ağ Evin həyətindəki çadırda keçirilən ziyafətdə iştirak edən 350 nəfərə qoşulub.

Prezident Obama cənab Ollandın dünya səhnəsində prinsipial rəhbərliyini yüksək dəyərləndirib və iki ölkə arasında dostluğun təməlinin hələ 200 il əvvəl Birləşmiş Ştatların Britaniya işğalından azad edilməsi zamanı qoyulduğunu xatırladıb.

Badə qaldıran Olland deyib ki, ABŞ və Fransa eyni dünya baxışı olan iki qüdrətli ölkədir.
Uzun zaman birgə yaşadığı Valeri Trierveilerdən ayrıldığını bu yaxınlarda elan edən cənab Olland Mişel Obama ilə Barak Obamanın arasında əyləşib.

Prezident Obama bazar ertəsi günü Fransa prezidenti ilə ABŞ-ın üçüncü prezidenti olmuş Tomas Ceffersonun Virciniyanın Şarlotsvil şəhərindəki tarixi iqamətgahını ziyarət edib.

İstiqlaliyyət Bəyannaməsinin müəlliflərindən biri olan Cefferson 1785-ci ildən 1789-cu ilə qədər ABŞ-ın Fransadakı elçisi missiyasını yerinə yetirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG